NATO-nun şərqə doğru hərəkəti Avropa ilə qarşılıqlı etibarsızlığın artmasının əsas səbəbidir.
Eurasia Diary xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Die Zeit” qəzetindəki məqaləsində yer alıb.
O, NATO-nun SSRİ-nin dağılmasından sonra şərqə genişlənməmək barədə verdiyi vədləri unutduğunu bildirib.
Putin 1999-cu ildən bu yana alyansın 5 genişlənmə dalğasının qeydə alındığını və onun tərkibinə 14 yeni ölkənin, o cümlədən keçmiş SSRİ respublikalarının daxil olduğunu söyləyib. Rusiya lideri bununla Avropanın ayırıcı xətlərsiz yaşamaq ümidini faktiki olaraq dəfn etdiyini qeyd edib.