Robert və Serj yeni çirkin plan hazırlayır | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Robert və Serj yeni çirkin plan hazırlayır

Dünya A- A A+

Robert Koçaryan və Serj Sarkisyan gizli plan üzərində işləyirlər. Bu tandem ən çirkin yollara əl ataraq, Ermənistanda çaxnaşmalar yaradıb, hakimiyyəti özlərinə qaytarmağa çalışacaq.

Eurasia Diary xəbər verir ki, bu sözləri ukraynalı politiloq Aleksey Voronenko bildirib.

“Koçaryan və Sarkisyan bir müddət kölgədə qalacaq, sonra isə Rusiyadakı kriminal dairələrin dəstəyi ilə həm Ermənistan, həm də bütün region üçün böyük fəsadlara gətirib çıxara biləcək planı həyata keçirməyə başlayacaqlar. Birincisi, onlar Qarabağda öz imkanlarından istifadə edərək həm Rusiya sülhməramlılarına, həm də Azərbaycan Silahlı Qüvvələrinə qarşı müxtəlif təxribatlar təşkil etdirə bilərlər. Bütün “atılan daşlar” isə Ermənistan hökumətinə tərəf uçacaq, çünki Serj və Robert öz çirkin əməllərindən sonra iz saxlamayacaqlar”, - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, Koçaryan və Sarkisyan azadlıqda qaldıqca, region saat mexanizmli bir partlayıcı qurğunun üzərində durmuş kimi olacaq:

“Nikol Paşinyana qarşı sui-qəsd də təşkil edilə bilər. Bu tandemin “dostluğunda” oxşar terror aktları təşkil edə bilənlər az deyil. Koçaryan və Sarkisyana Qafqazda sülh, qonşuları ilə dostluq edən, çiçəklənən Ermənistan lazım deyil. Qafqazda xaosu rahat idarə etmək üçün onlara yeni Suriya lazımdır”.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...