“Erməni xalqının dövlətçilik anlayışı yoxdur” - Rusiyalı ekspertlər od püskürdülər | Eurasia Diary - ednews.net

27 İyul, Çərşənbə axşamı


“Erməni xalqının dövlətçilik anlayışı yoxdur” - Rusiyalı ekspertlər od püskürdülər

Dünya A- A A+

Rusiyanın ekspert dairələri Nikol Paşinyanın parlament seçkilərində qazandığı qələbəni həzm edə bilmir.

Eurasia Diary Rusiya KİV-nə istinadən xəbər verir ki, Dövlət Dumasının məsləhətçisi, politoloq Dmitri Kulikov seçkilərin nəticəsini erməni xalqının dövlətçilik anlayışının yoxluğu ilə əlaqələndirib.

“Nikol Paşinyan Ermənistan dövlət kimi formalaşmadığı üçün qalib gəldi. Ermənistan Sovet İttifaqı vaxtı dövlət oldu. Buna qədər min illər boyu onların dövləti olmayıb. SSRİ-dən müstəqillik əldə edəndən sonra insanlar müstəqil, suveren dövlətdə necə yaşamalı olduqlarını bilmirdilər. Təəssüf ki artıq gecdir”- deyə ekspert söyləyib.

Politloq Maksim Yusin isə ermənilərin alçalmaqdan həzz aldığını düşünür:

“Bu gülməli və mazoxistcəsinə səslənsə də, ermənilər alçalmağı və uduzmağı bağışlayırlar. Alçalmağın, güzəştlərin, kompromislərin sonu gəlməyəcək. Hər şey yeni başlayır”.

“Bu səsvermədə təccüblü heç nə yoxdur. Bizim ölkədə Ermənistan və erməni xalqından gözləntilərimiz həmişə yüksək olub. Amma reallıq əksinə oldu. Heç Afrikada belə şey yoxdur. Baş verənlər məntiqlidir"-deyə analitik, siyasət elmləri üzrə doktor Aleksey Martınov söyləyib.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...