Rusiya gəmisi Qara dənizdə Böyük Britaniyanın hərbi gəmisi istiqmətində xəbərdarlıq atəşi açıb.
Eurasia Diary-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Defender” tipli minadaşıyan gəminin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb.
Sərhəd mühafizə gəmisi xəbərdarlıq atəşi açıb, Su-24M bombardmançı təyyarəsi isə xəbərdarlıq məqsədli bomba atıb.
“Britaniya gəmisi sərhədi pozaraq, 3 km dərinliyə qədər irəliləyib. Gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda mühafizə gəmisi xəbərdarlıq atəşi açıb. Bundan 11 dəqiqə sonra isə Su-24M təyyarəsi “Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib”, - deyə Rusiya MN-in məlumatında bildirilir.