ABŞ-la İran arasında misli görünməmiş yumşalma

Dünya 09:23 24.06.2021

Vəzifəsini tərk etməkdə olan İran prezidenti Həsən Ruhani deyir ki, 2015-ci il nüvə sazişini dirçəltməyə çalışan Tehran və dünya gücləri arasında əsas problemlər həll olunub. Hərçənd Almaniya və Fransa bəzi əngəllərin qaldığı barədə xəbərdarlıq ediblər. Ruhani bu bəyanatı ötən gün iyunun 23-də keçirdiyi hökumət müşavirəsində verib.

İran rəsmiləri də aprel ayından bəri Vyanada davam edən danışıqlarda tərəqqi əldə edildiyini deyirlər. Ruhani administrasiyasının rəhbəri Mahmud Vaezi deyib ki, Birləşmiş Ştatlar keçmiş prezident Donald Trampın sazişdən çıxması ilə Tehranın üzərinə təkrar qoyulmuş 1000-dən çox sanksiyanın qaldırılmasına prinsipcə razı olub: "Sığorta, neft və daşımalar üzərinə qoyulmuş sanksiyaların tam qaldırılmasına dair razılıq əldə olunub. Hazırda biz qalan sanksiyalardan hansıların nüvə sazişinə, hansıların isə 2015-ci ildən əvvələ aid olduğunu müəyyənləşdiririk”.

Lakin ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyunun 20-də deyib ki, Vyana danışıqlarında “hələ qət olunmalı uzun məsafə” var. Onun sözlərinə görə, söhbət həm sanksiyalardan, həm də nüvə sazişi üzrə öhdəliklərdən gedir.

Birləşmiş Ştatlar Vyana danışıqlarında yer alır, amma müzakirələrdə birbaşa iştirak etmir, beləki İran tərəfi amerikalılarla üzbəüz danışıqlara hazır olmadıqlarını bildiriblər.Vyana danışıqlarında ABŞ və İran arasında vasitəçiliyi Avropa İttifaqının diplomatları edirlər.

Vaezi bunu da bildirib ki, İran onun nüvə qurğularının Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən monitorinqinin uzadılıb-uzadılmaması barədə də qərara gəlməlidir. Bu monitorinq razılaşmasının müddəti iyunun 24-də başa çatır. İran və dünya gücləri arasında danışıqlar iyunun 20-də “məsləhətləşmələr” üçün dayandırılıb.

Xatırladaq ki, İranda keçirilən prezident seçkisində ifrat mühafizəkar ruhanı İbrahim Rəisi qalib gəlib. Ruhani vəzifəsini Rəisiyə avqust ayında təhvil verəcək.

İran xarici işlər nazirinin müavini və həm də Tehranın baş nüvə danışıqçısı Abbas Araqçi iyunun 21-də deyib ki, tərəflər razılaşmaya həmişə olduğundan daha yaxındırlar. Araqçi deyib ki, danışıqçılar müzakirələrin bu dövrəsini təkcə məsləhətləşmələr üçün yox, həm də qərarların qəbul edilməsi üçün dayandırıblar. O bildirib ki, danışıqların elə indiki İran hökumətinin dövründə başa çatacağına və ehtimalən razılaşma əldə ediləcəyinə ümid edir. Rəisi bildirib ki, İranın 2015-ci il sazişinin öhdəliklərinə qayıtması ilə Tehran üzərindən sanksiyaları qaldırmalı olan danışıqları dəstəkləyir.

Bəzi İran rəsmiləri danışıqların Rəisinin prezident kürsüsünə əyləşməsindən əvvəl başa çatmasını istəyirlər. Onların fikrincə belədə onu hər hansı gələcək problemlərin səbəbkarı saymaq mümkün olmayacaq.

Lakin İran konstitusiyasına görə siyasi qərarların qəbul edilməsində son söz ali rəhbər ayətüllah Əli Xameneyiyə məxsusdur və əldə edilmiş hər hansı sazişi o təsdiqləməlidir.Danışıqların Avropa iştirakçıları da irəliləyişin əldə olunduğunu bildirir, lakin qeyd edirlər ki, “bəzi qəliz və təfərrüatlı texniki məsələlərin” çözümü hələ qalır.

Almaniyanın xarici işlər naziri Heyko Maas iyunun 23-də ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib ki, nüvə sazişinin dirçəldilməsi ilə bağlı bir neçə “çox çətin məqamlar” qalır. Fransa xarici işlər nazirinin müavini Frank Riester deyib ki, bu danışıqlarla bağlı qarşıdan gələn günlər və həftələrdə “çətin qərarlar” qəbul etmək lazım gələcək.

Bu arada İran mediası bildirib ki, ölkənin Atom Enerjisi Agentliyinin binasına qarşı təxribat cəhdinin qarşısı alınıb. Lakin Tehran insidentin detallarını açıqlamayıb.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
Hamısı