Pentaqon rəhbəri yeni müharibə ehtimalları haqqında danışıb | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Pentaqon rəhbəri yeni müharibə ehtimalları haqqında danışıb

Dünya A- A A+

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələrin işləri üzrə Komitəsində çıxış edərkən Brləşmiş Ştatların müdafiə büdcəsi üzrə təkliflərin hazırlığı zamanı yeni müharibə ehtimallarının nəzərə alındığını bildirib.

Eurasia Diary xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

"Müdafiə Nazirliyi rəqiblərimizlə ayaqlaşmaq, zəruri olduqda vuruşmaq və növbəti müharibəni udmaq üçün hazır olmalıdır", - deyə o bildirib.

Ostinin sözlərinə görə, büdcədə Çinə daha çox diqqət yetirilməsi ehtiyacı nəzərə alınıb, bununla əlaqədar "Sakit okean təşəbbüsünə" 5 milyard ABŞ dollarından çox vəsaitin xərclənməsi planlaşdırılır.

Nazir Çin Xalq Respublikasına qarşı mübarizəni gücləndirməyə, regional müttəfiqlər və tərəfdaşlar şəbəkəsini canlandırmağa, qabaqcıl qabiliyyətlərin və yeni əməliyyat konsepsiyalarının inkişafını sürətləndirməyə yönəlmiş daxili təlimat verdiyini qeyd edib.

Bundan əlavə, Ostin büdcənin tərtib edilməsi zamanı prioritet məsələlər kimi "Rusiya tərəfindən xüsusilə kiber məkanda düşmənçiliyi qeyd edib. O, bildirib ki, kibertəhlükəsizlik, kiber əməliyyatları, kiber təhlükəsizliyin tədqiqatına və inkişafına 10 milyard ABŞ dolları ayrılması nəzərdə tutulub.

Pentaqon rəhbəri həmçinin kosmos, raket əleyhinə müdafiə ilə büdcənin Şimali Koreya və İran kimi ölkələrin artan ballistik raket imkanlarına qarşı durmağa kömək edəcəyini deyib.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...