Əfqanıstan hakimiyyəti devriləcək - ABŞ kəşfiyyatı | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Əfqanıstan hakimiyyəti devriləcək - ABŞ kəşfiyyatı

Dünya A- A A+

ABŞ kəşfiyyatı Əfqanıstan hakimiyyətinin devrilmə təhlükəsi ilə üzləşdiyinə dair xəbərdarlıq edib.

Eurasia Diary xəbər verir ki, bunu “Wall Street Journal” ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazıb.

Məxfi xidmət əməkdaşlarının qənaətincə, ABŞ ordusu tamamilə çıxandan sonra Əfqanıstan prezidenti Əşrəf Qəni 6 ay - 2 il ərzində devriləcək.

Qeyd edək ki, Əfqanıstan ərazisinin yarısından çoxuna “Taliban”ın nəzarət etdiyinə dair xəbərlər yayılıb.

Xatırladaq ki, ABŞ keçmiş prezidenti Donald Tramp 2020-ci il fevralın 29-da “Taliban”la qoşunların ölkədən çıxarılmasına dair razılıq əldə etmişdi. 2021-ci il mayın 1-dən isə bu proses başlayıb və sentyabr 11-də qoşunların çıxarılmasının başa çatacağı planlaşdırılır.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...