Paşinyan Syünikdə Rusiya hərbi bazasının fəaliyyəti üçün Moskvaya nümayəndə heyəti göndərir | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Paşinyan Syünikdə Rusiya hərbi bazasının fəaliyyəti üçün Moskvaya nümayəndə heyəti göndərir

Dünya A- A A+

Ermənistanın hökumət nümayəndə heyəti iyunun 26-da Moskvaya səfər edəcək.

Eurasia Diary-nin verdiyi xəbərə görə, bununla bağlı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan qərar imzalayıb.

Səfərin məqsədi Syünik vilayətində Rusiya hərbi bazasının fəaliyyəti ilə bağlı məsələləri müzakirə etməkdir.

Moskvada Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.

İclas çərçivəsində Ermənistanın Syünik vilayətində Rusiya hərbi bazasının fəaliyyət göstərməsi üçün lazım olan daşınmaz əmlak və torpaq sahələrinin Rusiya tərəfinə verilməsi ilə bağlı məsələlərə baxılacaq.

Ermənistanın hökumət nümayəndə heyətinin səfəri iyulun 1-də başa çatacaq.

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...