ABŞ İrana qarşı tətbiq etdiyi mindən çox sanksiyanı aradan qaldıracaq | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


ABŞ İrana qarşı tətbiq etdiyi mindən çox sanksiyanı aradan qaldıracaq

Dünya A- A A+

Vyanada İranın nüvə proqramı ətrafında aparılan danışıqların gedişində ABŞ-ın eks-prezidenti Donald Tramp dönəmində İrana qarşı iqtisadi sahədə tətbiq olunmuş mindən çox sanksiyanın aradan qaldırılması barədə razılıq əldə edilib.

“RİA Novosti” xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bəyan edib.

O qeyd edib ki, Tramp dövründə İrana qarşı tətbiq edilmiş 1040-a yaxın sanksiya aradan qaldırılacaq.

M.Vaezinin sözlərinə görə, hazırda danışıqlar masasında Trampın hakimiyyətindən öncə qüvvəyə minmiş sanksiyaların ləğvi məsələsi müzakirə olunur.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...