Mövcud və gələcək miqrasiya problemlərini yalnız Türkiyə ilə dialoq yolu ilə həll edə bilərik.
Eurasia Diary xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
“Mart ayında razılaşdığımız kimi, AB olaraq ortaq maraqlar çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək üçün Türkiyə ilə dialoq gündəmini sürətlə həyata keçirməliyik”, - Merkel bildirib.