İranla ortaq yol tapa bilmirik - ABŞ rəsmisi | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


İranla ortaq yol tapa bilmirik - ABŞ rəsmisi

Dünya A- A A+

ABŞ və İran arasında 2015-ci il nüvə anlaşmasının şərtlərinə qayıtmaq üçün əhəmiyyətli fikir ayrılıqları var.

Eurasia Diary xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmi şəxslərindən biri deyib.

Departament rəsmisi İranla yaxın gələcəkdə razılığın çətin olacağını vurğulayıb:

"Hələ də İranla ortaq yol tapa bilmədiyimiz ciddi fikir ayrılıqlarımız var. İranın 2015-ci il nüvə razılaşmasının şərtlərinə qayıtması və ABŞ-ın ləğv etməsini təklif edəcəyi sanksiyalar kimi məsələlər var. Hər iki tərəfin dialoq aparmalı olduğu bir çox problem qalıb. Hər mövzuda razılaşma əldə olunmayıbsa, deməli, heç nə razılaşdırılmayıb".

Qeyd edək ki, daha öncə Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov İranla ABŞ arasında nüvə müqaviləsi ilə bağlı böyük ölçüdə razılaşma əldə ediliyini bəyan edib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...