Paşinyanın komandası dağılır - Mirzoyan da gedir? | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Paşinyanın komandası dağılır - Mirzoyan da gedir?

Dünya A- A A+

Nikol Paşinyanın komandasında gərginlik artır.

Eurasia Diary xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Məlumata görə, keçmiş spiker Ararat Mirzoyan Mülki Müqavilə Partiyasının sıralarını tərk etmək istəyir. Bununla belə partiyada hələ də ona israrla xarici işlər naziri postu vəzifəsinin təklif edildiyi bildirilib.

Mirzoyanla bərabər partiyanın daha bir əsas fiquru - Akop Simidyanın da ayrılmaq istədiyi vurğulanıb. Paşinyan administrasiyasının üç illik hakimiyyəti dönəmində partiya daxilində jandarm rolunu oynayan Simidyan sayəsində yeni baş nazirin komandasının dağılmadığı qeyd edilib. Buna görə də görə Paşinyanın Simidyanı yeni formalaşan Daxili İşlər Nazirliyinə nazir müavini gətirmək istədiyi iddia edilib.

Qəzet keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da harada fəaliyyətini davam etdirəcəyini yazıb. Onun üçün əvvəlcə Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulsa da, sonradan planlar dəyişilib və eks-nazirin Rusiyaya səfir göndərilməsi qərarı qəbul edilib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...