Həm Şərqi Aralıq dənizi, həm də karbohidrogenlər baxımından Şimali Kiprin hüquqlarını qorumaq üçün üzərimizə düşəni edirik və bunu etməkdən də çəkinmirik.
Eurasia Diary xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
"Hər kəs əmin ola bilər ki, bundan sonra da tərəddüd etməyəcəyik. Şimali Kipr və Türkiyənin hüquqlarını müdafiə etmək üçün lazımi addımları atarıq", - Çavuşoğlu qeyd edib.