Suriya ordusunun Buk-M2E kompleksləri iki İsrail F-16 qırıcısının Suriyanın Xüms əyalətinə atdığı dörd idarəolunan raketi məhv edib.
Eurasia Diary xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib.
Kulit qeyd edib ki, İsrail qırıcıları Livanın hava məkanında Xümsdəki hədəflərə zərbələr endirib və atılan 4 raketin hamısı zərərsizləşdirilib.