Ermənistanın Müdafiə Nazirliyini istefa dalğası bürüyüb | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Ermənistanın Müdafiə Nazirliyini istefa dalğası bürüyüb

Dünya A- A A+

Arşak Karapetyanın Ermənistanın müdafiə nazirinin birinci müavini təyin olunması nazirlikdə elə də xoş qarşılanmayıb.

Eurasia Diary xəbər verir ki, A. Karapetyanın bu vəzifəyə təyin olunmasından sonra nazirlikdə istefalar başlayıb.

Məsələ burasındadır ki, Karapetyanın hələ bu vəzifəyə təyin olunmamışdan əvvəl nazirliyin bəzi şöbələrinin rəhbərləri ilə yaxşı münasibətləri olmayıb. Bu günə qədər tərəflər arasında insidentlər, təhqirlər və s. bu kimi xoşagəlməz hallar baş verib

İndi isə keçmişdə onunla yola getməyən şəxslər istefaya göndəriləcəkləri günü gözləmədən özləri nazirliyi tərk edirlər. Artıq istefa ərizəsini yazan şəxslər arasında əsaslı tikinti şöbəsinin müdiri, kadr və hərbi-təhsil siyasəti üzrə Baş idarənin rəisi, hüquq şöbəsinin müdiri və bir sıra digər strukturların rəhbərləri var.

Qeyd edək ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Karapetyanı ölkənin Silahlı Qüvvələrinin Baş qərargahının rəis müavini vəzifəsindən azad edərək bu vəzifəyə gətirib. Bununla bağlı müvafiq qərar iyulun 20-si verilib.

Arşak Karapetyan faktiki olaraq elə həmin gün istefa vermiş müdafiə naziri Vaqarşak Arutyunyanın səlahiyyətlərini icra edəcək.

Qafqazinfo

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...