Ohanyan - “Biz hökmən bu hakimiyyəti dəyişməliyik...” | Eurasia Diary - ednews.net

17 Sentyabr, Cümə

Ohanyan - “Biz hökmən bu hakimiyyəti dəyişməliyik...”

Dünya A- A A+

“Biz hesab edirik ki, ötən növbdənkənar seçkilərdə əhəmiyyətli nailiyyət əldə etmişik, çünki təmsil etdiyimiz siyasi qüvvəyə respublikanın əhəmiyyətli hissəsi səs verib”,-Ermənistanın keçmiş müdafiə naziri və hazırda yeni parlamentdəki müxalif “Ermənistan” fraksiyasına başçılıq edəcəyi gözlənilən Seyran Ohanyan jurnalistlərə belə deyib.

“Bizim borcumuz başlanmış mübarizəni davam etdirmək, yorulmadan işləməkdir. Biz bu hakimiyyətin dəyişdirilməsinə nail olmalıyıq, üstəlik öz qətiyyətimizi, mərdliyimizi göstərməliyik və Vətənin xilası naminə özümüzü, ambisiyalarımızı qurban verməyə hazır olmalıyıq. İndiki hakimiyyət getməlidir”,-Ohanyan bildirib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...