Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb

Dünya A- A A+
Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları ilə çıxış edib.
 
Eurasia Diary Yaponiyanın “Qütb tədqiqatları Milli İnstitutuna” (NIPR) istinadən xəbər verir ki, iddialar Qərbi Antarktida bölgəsinə aiddir.
 
Belə ki, 1911-12 illərdə yaponlar bu ərazilərdə antarktik ekspedisiya təşkil ediblər və buna görə mövcud “Russkaya” stansiyasının fəaliyyətini qeyri qanuni hesab edirlər.
 
Rusiya isə öz növbəsində Antarktida qitəsində Meri Berd sahillərinin hələ 1820-ci ildə rusiyalı admirallar Bellinqsqauzen və Lazarev tərəfindən açıldığını bildirir.
 
Xatırladaq ki, Yaponiya və Rusiya arasında Cənubi Kuril adaları ətrafında ərazi münaqişəsi mövcuddur. Bu səbəbdən iki ölkə arasında II Dünya Müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.

Oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...