Kitabın müəllifləri ABŞ - Çin qarşıdurmasının gələcəkdə qlobal alovlanmaya səbəb olacağını düşünürlər
ABŞ Hərbi-dəniz qüvvələrinin ehtiyatda olan admiralı Ceyms Stavridis və yazıçı Elliot Akerman birlikdə yazdıqları “2034: Gələcək Dünya müharibəsi haqda roman” adlı kitabda gələcəyin qlobal silahlı qarşıdurmasını təsvir ediblər.
Eurasia Diary xəbər verir ki, bu kitabdan parçalar “National Interest” jurnalında nəşr edilib.
Müəlliflər Cənubi Çin dənizində Vaşinqton ilə Pekin arasındakı qarşıdurmanın yaxın gələcəkdə "qlobal alovlanmaya" səbəb ola biləcəyinə inanırlar. Eyni zamanda, "yeni dünya müharibəsində", onların fikrincə, əsasən dronlar, pilotsuz hərbi texnika iştirak edəcək və döyüş əməliyyatları isə düşmən kompüter sistemlərinə kütləvi haker hücumları ilə müşayiət olunacaq. Ona görə də həmmüəlliflər Amerika hərbçilərinə gələcəkdə biotexnologiyaya əsaslanan sistemlərə inteqrasiya edən xüsusi təlim keçmiş "elit qüvvələr"dən ibarət kiçik qruplar yaratmağı təklif edir.
Ceyms Stavridis və Elliot Akerman qeyd edirlər ki, ABŞ keçmişdəki qarşıdurmalar üçün nəzərdə tutulmuş silahlar yaratmağa və əldə etməyə davam etsə də, gələcəyin silahlarının pilotsuz və avtomatlaşdırılmış olacağını qəbul etməlidir.