Rusiya nüvə müharibəsi halında qoşunların idarə edilməsi üçün xüsusi təyyarənin yaradılmasına başlayıb.
Eurasia Diary xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.
Agentlik Moskvanın 2 hava komanda məntəqəsi hazırladığını vurğulayıb.
Təyyarələr İl-96-400M bazasında hazırlanır. Layihə “Zveno-3C” adlanır.
Təyyarələrin, xüsusilə, ölkənin ali rəhbərliyinin evakuasiyası və yerüstü, peyk infrastrukturlarının məhvi halında qoşunların idarə edilməsi üçün nəzərdə tutulduğu bildirilib.