Şimali Koreya ilə Cənubi Koreya arasında bağlanmış rabitə yenidən açılıb | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Şimali Koreya ilə Cənubi Koreya arasında bağlanmış rabitə yenidən açılıb

Dünya A- A A+

Şimali Koreya ilə Cənubi Koreya arasında son bir ildə bağlanmış rabitə kanalları yenidən açılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Aparatı rəsmi açıqlama yayıb.

Açıqlamada iki ölkə arasındakı rəsmi kommunikasiya xətlərinin aktivləşdirildiyi və ikitərəfli münasibətlərin ən qısa müddətdə bərpa olunacağına ümid edildiyi bildirilib.

Şimali Koreyanın dövlət agentliyi də Cənubi Koreyanın rəsmi açıqlamasını təsdiqləyib.

Xatırladaq ki, ötən il Şimali Koreya hökuməti Cənubi Koreya fəallarının dəniz yolu ilə Şimali Koreya sərhədinə etiraz göndərmələrinə qarşı tədbir ala bilmədikdən sonra Cənubi Koreya ilə əlaqə kanallarını bağlamağa qərar vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...