Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi qəsbkar ölkənin Diaspor İşləri üzrə Baş Komissarı Zare Sinanyanla görüşüb.
Eurasia Diary xəbər verir ki, Moderator.az-a istinadən xəbər verir ki, erməni mediası bu haqda ABŞ -ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsinə istinadla məlumat yayıb.
Görüşdə cari fəaliyyət və proqramlar müzakirə edilib.
Müzakirələr zamanı ABŞ-ın Ermənistandakı səfiri deyib: “Birləşmiş Ştatlar çoxdankı tərəfdaşı olan erməni diasporunun dinamik səylərini dəstəkləyir”.
Xatırladaq ki, iyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə həmsərhəd Geğarkunik vilayətinə (əsasən Göyçə mahalının Basarkeçər rayonunu əhatə edən tarixi Azərbaycan ərazisi - S.L.) səfər edib. O, Ağ Ev administrasiyası adından tərəfləri ən qısa zamanda Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırıb.
P.S….