Ermənistan parlamentində “təmizləmə” aparılır | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Ermənistan parlamentində “təmizləmə” aparılır

Dünya A- A A+

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan öz müşavirlərini istefaya göndərib.

EDNews.net Qafqazinfo-ya istinadən xəbər verir ki, Mirzoyanın bu barədə imzaladığı sərəncam parlamentin rəsmi saytında paylaşılıb.

Sərəncama əsasən, Vaan Kostanyan və Suzan Avestisyan tutduqları vəzifədən azad ediliblər.

Ararat Mirzoyanın digər bir sərəncamı ilə Ermənistan parlamentinin Aparat rəhbəri Arnak Avetisyan və onun müavini Samvel Meliksetyan da istefaya göndərilib.

Bununla yanaşı, ölkə parlamentinin Aparat rəhbərinin müavini Anna Qriqoryan müvəqqəti olaraq Aparat rəhbərinin səlahiyyətlərini icra edəcək.

Həmçinin Ermənistan parlamentinin Aparatının Protokol şöbəsinin sədri Artak Ohanesyan və parlament sədrinin köməkçisi Aşxen Abramyan da vəzifələrindən azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...