Türkiyədəki yanğınla mübarizə üçün Ukrayna iki təyyarə göndərib.
EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.
"Söz verdiyimiz kimi, geniş miqyaslı meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün ekipaj və dəstək qrupu ilə birlikdə 2 yanğınsöndürmə təyyarəsi bu gün Türkiyəyə uçdu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi müraciətindən sonra təcrübəli mütəxəssislərimizdən türk yanğınsöndürənlərinə bu fəlakətin öhdəsindən gəlməsinə kömək etmələrini istədim", - deyə Ukrayna Pezidenti bildirib.