Rusiyanın ÜDM səviyyəsi böhrandan əvvəlki səviyyəyə qayıdıb, lakin hələ də potensialın altındadır.
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin deyib.
“Baxmayaraq ki, ÜDM səviyyəsi böhrandan əvvəlki səviyyəyə çatıb, iqtisadiyyatın bərpası hələ başa çatmayıb. Bunun üçün bir neçə addım lazımdır”, - Oreşkin bildirib.