Putinlə Ərdoğan arasında telefon danışığı olub | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Dünya A- A A+

Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

EDNews.net-in APA-ya istinadən verdiyi məlumata görə, ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə ediblər. Rusiya və Türkiyənin bu təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.

V. Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Putin və Ərdoğan telefon danışığı zamanı Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının aktual mövzularına da ətraflı toxunublar. Bu yaxınlarda baş tutan ikitərəfli hökumətlərarası komissiyanın iclasının yekunlarına müsbət qiymət verilib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...