Jirinovski kimilər erməni lobbisinin təsiri ilə Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini korlamaq istəyir Rəy

Dünya 13:38 01.08.2021

“Vladimir Jirinovski və onun kimilər hələ də imperialist, müstəmləkəçi-feodal təfəkküründədirlər. Jirinovski kimi Rusiyada təlxək siyasətçi və ya “ziyalı” çoxdur, bir neçə çirkin missiya ilə gündəmdə qalmaq istəyirlər”.

EDNews.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin müsahibəsində Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu iddia etməsinə və Azərbaycanı rus əsgərləri ilə təhdid etməsinə münasibət bildirən Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.

M. İbrahimqızı V. Jirinovskinin tarix dərsini yetərincə oxumadığını, ya da tarixdə özünə sərf edənləri oxuduğunu, son iki yüz ilin xəyalı ilə yaşadığını qeyd edib. Onun sözlərinə görə, V. Jirinovski kimi müstəmləkəçi-feodal təfəkkürlü insanlar artıq XXI əsrdə yaşadığımızı da anlamırlar: “Vladimir Jirinovski belə obyektivdirsə, o zaman XVII-XIX əsrlərdən öncəki dövrə də nəzər yetirsin. Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələrindən sonrakı dövrdən danışır, Qızıl Orda, Noğay xanlıqlarını xatırlamır. Onda bilər ki, yaşadığı ölkənin ərazisinin əsil sakinləri kimlər olub. Bu siyasətçidə həm də yaddaş zəifliyi var. Gah Azərbaycan və Türkiyəni mədh edir, gah da özünü siyasətçi kimi göstərməyə cəhd edir. Jirinovski kimilər çox gözəl dərk edirlər ki, bu gün Azərbaycan və Rusiya, Rusiya və Türkiyə, eləcə də İlham Əliyevlə Putin və Ərdoğanla Putin arasında çox gözəl münasibətlər var və bu münasibətlər gündən-günə daha da inkişaf edir. Jirinovski kimi təlxək siyasətçilər erməni diasporunun, lobbisinin təsiri ilə Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini korlamaq istəyir. Belə siyasətçilər Azərbaycan və Türkiyənin inkişafını, Rusiya və Azərbaycan, Rusiya və Türkiyə arasında dost münasibətlərin olmasını istəmirlər. Jirinovski kimilər istəsə də, istəməsə də, Azərbaycanla Rusiya, Rusiya və Türkiyə arasında münasibətlər bundan sonra da sürətlə inkişaf edəcək. Çünki hər üç dövlət tarixən bir-birinə bağlı qonşu, dost dövlətlərdir, Rusiyada da çoxsaylı türklər, müsəlmanlar yaşayır. Həm Putin, həm Ərdoğan, həm İlham Əliyev, həm də Putin çox yaxın münasibətdədirlər. Hər üçü də münasibətlərin daha da yaxşılaşması üçün əllərindən gələni edirlər və əlaqələrin inkişafında maraqlıdırlar ”.
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov APA-ya açıqlamasında deyib ki, ermənilər yenə ampulalarındadır, dinc dayanmır, təxribatlar törədir, müxtəlif yollarla, vasitələrlə ayrı-ayrı ölkələrin siyasətbazlarını ələ alır, onları ölkəmizin ünvanına olmazın hədyanlar yağdırmağa sövq edirlər. İndi isə normal ağıl və düşüncədən məhrum olan, siyasətin əxlaqi dəyərlərini ayaqlar altına salmaqdan çəkinməyən Jirinovski kimi bir təlxəyi ortalığa atıblar: “O da ağına-bozuna baxmayaraq, uzun illərdir ki, püskürdüyü böhtan və yalanı indi növbəti dəfə Azərbaycana yönəldir. Amma burada o da bəllidir ki, artıq nəinki ölkəsi Rusiyada, eləcə də bütün dünyada bu adamı heç kim ciddiyə almır, heç kim ona baş qoşmur. Hamı - istər siyasətçi olsun, istərsə də sıravi vətəndaş, yaxşı bilir ki, Jirinovski daim çalınan musiqiyə oynayır. Əvvəllər olduğu kimi budəfəki rəqsini də erməni lobbisinin maliyyəsi ilə gerçəkləşdirməsi sirr deyil. Eyni zamanda, öz cılız hərəkətləri ilə cizgi filminin qəhrəmanlarını xatırladan bu sərsəm siyasətbaz, həm də yaxşı bilir ki, onun Azərbaycana atdığı çamur - ölkəmiz və cəmiyyətimiz haqqında əxlaqa sığmayan böhtan və yalanlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətdən uzaq fikirlər səsləndirməsi son anda Bakı xəzrisinin gücü ilə öz üzərinə çırpılır. Jirinovskinin xarakterinə, tərbiyəsinə, əxlaqına uyğun olaraq Azərbaycana hədə-qorxu gəlməsi, ayrı-ayrı şəxsləri təhqir etməsi, sərsəmləməsi ilk dəfə deyil. Neçə il bundan əvvəl də ermənilərin havasına oynaması yaddan çıxmayıb. O zaman ənamın gücü onu necə çaşdırmışdı ki, hətta əzəli, əbədi torpağımız Qarabağı Rusiyaya birləşdirmək, Azərbaycanı isə Rusiyanın quberniyasına çevirmək iddiasını səsləndirməkdən belə çəkinməmişdi. İstər erməni lobbisi, istərsə də adı çəkilən təlxək yaxşı bilirlər ki, ünvanımıza yağdırılan böhtan və şantajlar suda boğulanın saman çöpündən yapışmasından, milçək gücündə olan bir həşəratın könül bulandırmasından başqa bir şey deyil. Bəli, Jirinovskinin özü də, onu meymun yerinə oynadanlar da dərindən anlayırlar ki, əxlaqsız fikir yürütməklə, böhtan, şər-şəbədə atmaqla Azərbaycan-Rusiya münasibətlərini korlaya, uğurlu əməkdaşlıqda hansısa bir çat yarada bilməyəcəklər. Çünki Rusiya siyasətində Jirinovskini də, onu axmaq yerinə qoyub rəqs etdirənləri də yaxşı tanıyırlar. Jirinovskinin təlxəkliyindən, hoqqabazlığından daha çox məni bir sual düşündürür. İllərdir ki, müəyyən maraqlı qrupların əlində alətə çevrilən, dövlətlərarası münasibətlərə zərbə vurmaq üçün istifadə edilən bu hoqqabazın, demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanan bu sərsəm düşüncəli təlxəyin cilovu niyə çəkilmir, ona bu həddə həyasızlıq etməyə niyə, hansı səbəbə görə imkan yaradılır? Rusiya dövlətçiliyinin bu həssas, taleyüklü məqamında, özü də bu ölkədə siyasi islahatların uğurla gerçəkləşdirildiyi, iqtidar-müxalifət dialoqunun diqqət mərkəzində saxlanıldığı bir şəraitdə, yeni siyasi konfiqurasiyanın bərqərar olduğu bir mühitdə bunu reallaşdırmağın, bu şantajçının siyasi dəllallığına son qoymağın vaxtı çatmayıbmı?”

R. Mahmudov həkim kimi V. Jirinovskinin çox güman ki, uşaq yaşlarında ciddi travma aldığını düşünür: “Bu səbəbdən də o vaxtdan fikir və düşüncəsində, həyata baxışında anormallıq özünü büruzə verir. Əlbəttə, da.im nəzərə çarpan bu çatışmazlığın həmin zədədən qaynaqlandığını özündən savayı bir kimsə etiraf edə bilməz. Bax, onun təkcə Azərbaycana deyil, bütün dünyaya püskürdüyü bu kin-küdurətin, qisasın əsasında həmin travmadan irəli gələn düşüncə kasadlığı dayanır”.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı