Rusiya Özbəkistan Tacikistanla ortaq hərbi təlimlərə başladı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Cümə

Rusiya Özbəkistan Tacikistanla ortaq hərbi təlimlərə başladı

Dünya A- A A+

Özbəkistan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin Əfqanıstanla sərhədindəki Tirmiz poliqonunda Özbəkistan Silahlı Qüvvələri və Rusiya Mərkəzi Hərbi Bölgə Komandanlığı əsgərlərinin iştirakı ilə Rusiya-Özbəkistan ortaq hərbi təlimləri başlayıb.

EDNews.net  Modern.az-a  istinadla xəbər verir ki, hərbçilər qeyri-qanuni yollarla ölkəyə girən silahlı şəbəkələri zərərsiləşdirməklə bağlı birgə hərbi manevr keçirir.

Özbəkistan və Rusiya silahlı qüvvələri manevr boyu silahlı şəbəkələri müəyyənləşdirərək məhv etmək üçün əmr, manevr, müdafiə, hücum və düşmənə qarşı mübarizə bacarıqlarını yerinə yetirəcək.10 avqustda sona çatacaq ortaq hərbi təlimlərdə hər iki ölkədən 1500 əsgər və 200 hərbi vasitə var. Manevrə ayrıca Qırğızıstandakı Rusiya hərbi bazasındakı Su-25 döyüş təyyarələri və hərbi vertolyotlar da dəstək verəcək.

5-10 avqust tarixlərində Rusiya Əfqanıstanın digər qonşusu Tacikistanla Əfqanıstan sərhədi yaxınlığında ortaq manevr keçirəcək. Ölkənin cənubundakı Maydon poliqonunda olacaq hərbi təlimə 1000-ə yaxın Rusiya əsgəri, 300-dən çox hərbi maşın qatılacaq.

Birgə hərbi təlimlərin məqsədi Əfqanıstanın şimalında hökumət qüvvələri ilə Taliban arasındakı qarşıdurmaların artması və talibançıların Orta Asiya ölkələriylə olan sərhədlərin bir hissəsini ələ keçirməsindən sonra Əfqanıstanla sərhədləri gücləndirməkdir. Qeyd edək ki, Əfqanıstanın Özbəkistanla 144, Tacikistanla 1344 kilometrlik ortaq sərhədi var.

Son vaxtlar Talibanın hücumlarından qaçan 1500-ə yaxın Əfqanıstan hərbçisi və 500-dən çox vətəndaşı Tacikistana, 100-dən çox əsgəri isə Özbəkistan torpaqlarına sığınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...