Əfqanıstanda son sutkada 375 "Taliban" silahlısı zərərsizləşdirilib, 193-ü yaralanıb | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Əfqanıstanda son sutkada 375 "Taliban" silahlısı zərərsizləşdirilib, 193-ü yaralanıb

Dünya A- A A+

Əfqanıstan hərbçiləri ilə “Taliban” arasındakı son sutkadakı döyüşlər nəticəsində qruplaşmasının 375 silahlısı ölüb, 193-ü yaralanıb.

EDNews.net “Report”-a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada baş verən toqquşmada “Taliban”ın 8 böyük hərbi texniki kompleksi, sursatı, 11 müxtəlif tip minatanı məhv edilib. Məlumata görə, “Taliban” bu qurğularla dinc sakinləri və təhlükəsizlik qüvvələrini hədəfə alıbmış.

Nazirlik bildirib ki, qruplaşmanın silahlıları hərbçilərlə Nuristan, Lohar, Qəndəhar, Uruzqan, Herat, Cauzcan, Bəlx, Samanqan, Gilmənd, Kapisa və Baqlanda bölgələrindəki döyüşlərdə zərərsizləşdirilib, yaralanıb. Məlumata əsasən, bu ərazilərdə hakimiyyət və könüllü müdafiəçilərlə qruplaşma arasında döyüşlər davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...