Türkiyə hərbçiləri öz mütəxəssislərini qoruyacaq - Əfqanıstanın XİN rəhbəri | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Türkiyə hərbçiləri öz mütəxəssislərini qoruyacaq - Əfqanıstanın XİN rəhbəri

Dünya A- A A+
Əfqanıstan hökuməti Kabil hava limanının real təhlükəsizliyini təmin edəcək, türkiyəli hərbçilərdən ibarət kiçik bir qrup isə hava trafiki sahəsində türkiyəli mütəxəssisləri, kommunikasiyaları və hava limanında çalışanların yanğın təhlükəsizliyini mühafizə edəcək.
 
EDNews.net Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində Əfqanıstanın XİN rəhbəri Məhəmməd Hənif Atmar deyib.
 
“Türkiyə hökuməti Kabil hava limanının təhlükəsizliyini təmin etməyə hazırlaşmır. Onlar hava trafiki, kommunikasiyalar, yanğın təhlükəsizliyi sahəsində mühüm xidmətləri təmin edirlər. Hava limanının daxilində onların əsgərləri olacaq. Ancaq həm hava limanının xaricdən, həm də daxildən təhlükəsizliyini Əfqanıstan hökuməti təmin edəcək”, - deyə Əfqanıstanın XİN rəhbəri bildirib.
 
XİN rəhbərinin sözlərinə görə, Türkiyə hökuməti məsələni ilk növbədə Əfqanıstanla müzakirə edib və razılığa gəlib. Bundan sonra məsələ NATO və ABŞ-la müzakirəyə çıxarılıb:
 
“Mənim türkiyəli həmkarım, mənim dostum Mövlüd Çavuşoğlu bir neçə həftə əvvəl bildirib ki, Əfqanıstan hökuməti Türkiyəni hava limanında bu vacib beynəlxalq standart əməliyyatı icra etmək üçün dəvət edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...