Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb

Dünya A- A A+

Türkiyənin Dənizli bölgəsində baş verən meşə yanğınlarından biri söndürülüb.

EDNews.net xəbər verir ki, bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dənizlinin Buldan qəsəbəsindəki yanğın Türkiyə və Azərbaycan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən yerli vaxtla saat 02:30 radələrində söndürülüb: "Hazırda Tavas kəndindəki yanğının söndürülməsi istiqamətində işlər görülür".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 252 nəfər şəxsi heyət daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...