ABŞ -da elm adamları eks-prezident Donald Trampın qalmaqallı "müsəlman qadağası" nın ölkənin müsəlman əhalisinin sağlamlığına mənfi təsir göstərdiyini aşkar edib.
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, bu haqda yerli "WSHU” ictiami radiosu məlumat yayıb.
Yel ictimai sağlamlıq məktəbinin tədqiqatçıları Trampın immiqrasiya siyasətinin Amerika müsəlmanlarının sağlamlığı üçün gözlənilməz təsirləri olduğu qənaətinə gəliblər.
Xatırladaq ki, 2017 -ci ildə Tramp bir sıra müsəlman ölkələri vətəndaşlarının ABŞ -a daxil olmasını qadağan etmiş və bu qadağa uzun illər ərzində minlərlə ailəni - valideynləri və uşaqları, ər və arvadları, nənə və babaları bir-birind'n ayırmışdı.
Yel universitetinin professoru Qreq Qonsalves və onun tədqiqatçı qrupu nüfuzlu bir müsəlman cəmiyyətinin yaşadığı Minnesotadakı səhiyyə sisteminin işini araşdırıb.
Qonsalvesin sözlərinə görə, immiqrasiya məhdudiyyətləri tətbiq edildikdən sonra etnik müsəlmanların tibb müəssisələrinə təcili çağırışlarının sayı artıb, ancaq eyni zamanda onların həkimlərə mütəmadi olaraq profilaktik ziyarətlərinin sayı azalıb. Elm adamları müsəlmanların immiqrasiya orqanları ilə əlaqədar problemlərdən ehtiyat etdikləri üçün dövlət xəstəxanalarına müntəzəm ziyarətlərinin azaldığını hesab edirlər. Və bununla yanaşı, ekspertlər İslam mənsublarının streslə birbaşa əlaqəli sağlamlıq problemləri ilə bağlı planlaşdırılan ziyarətlərin təxirə salınması səbəbiylə təcili olaraq tibb müəssisələrinə getmə hallarının artdığını müəyyən ediblər.
"Müsəlman qadağasının gətirdiyi bütün dəhşətli şeylərə əlavə olaraq bütöv bir şəhərin amerikalı müsəlman əhalisinin sağlamlığına da mənfi təsir göstərib" - deyə Minneapolisdən bəhs edən professor Qonsalves vurğulayıb.