Çin “delta” ştammı ilə mübarizənin ən effektiv yolunu açıqladı | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Çin “delta” ştammı ilə mübarizənin ən effektiv yolunu açıqladı

Dünya A- A A+

Koronavirusun yeni “delta”-ştammının yayılmasının vaksinasiya və sosial mobilliyi azaltmaqla qarşısını almaq olar. Bunu Çinin Şanxay universitetinin professoru Çjan Venxun deyib.

“Demək olar ki, vaksinasiya COVİD-19 virusunun yayılmasının 100 faiz qarşısını almır, lakin onun neqativ nəticələrini azaldır”, - Ç.Venxunun sözlərini Rusiyanın “Parlamentskaya qazeta” yazır.

Virusun təhlükəli olduğuna baxmayaraq, onun yayılması elə də faciəli nəticələrə gətirmədi, - virusoloq qeyd edib. Onun sözlərinə görə, bu, vaksinasiya səviyyəsinin yüksək olması ilə bağlıdır.  

Venxun hesab edir ki, əhalinin vaksinasiyası ilə paralel olaraq koronavirusun yeni ştammının yayılması ilə mübarizə üçün əhalinin sosial mobilliyini azaltmaq lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...