ABŞ Prezidenti Cozef Bayden administrasiyasının koronavirus pandemiyasına qarşı mübarizədə fəaliyyətini amerikalıların 53 faizi müsbət, 40 faizi isə mənfi qiymətləndirir.
EDNews.net xəbər verir ki, statistikanı keçirdiyi ictimai rəy sorğusu əsasında Quinnipek Universiteti açıqlayıb.
May ayında ABŞ administrasiyasının bu sahədə etdiyi addımlar əhalinin 65 faizi tərəfindən müsbət qarşılanır, 30 faiz tərəfindən isə - mənfi.
"Prezident Bayden niyə əhalinin dəstəyini itirir? Peyvənd edilməmiş insanların koronavirusun delta variantının qurbanı olduğu bir vəziyyətdə, Ağ Evin ən çətin dövrünün bitdiyini elan edir", - universitetin mütəxəssisi Tim Malloy deyib.
Ümumiyyətlə, ABŞ prezidentinin fəaliyyətini amerikalıların 46 faizi bəyənir, 43 faizi isə əks fikirdədir.