ATƏT Rusiya seçkilərinə müşahidəçi göndərməkdən imtina etdi

Dünya 16:59 05.08.2021

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Rusiyada sentyabrın 19-da keçirilən parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina edib.

EDNews.net Virtualaz.org-a istinadən xəbər verir ki, təşkilat bunu Rusiya tərəfinin müşahidəçilərin sayı ilə bağlı sərt məhdudiyyətlər tətbiq etməsi ilə əsaslandırıb. Son 30 ildə ilk dəfədir ki, ATƏT Rusiya seçkilərini izləməkdən imtina edir.

“Rusiyada qarşıda gələn seçkiləri müşahidə etməyimizin mümkün olmayacağından çox təəssüflənirik”, – ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun (DTİHB) direktoru Matteo Mekakki deyib. “Pandemiya ilə bağlı aydın məhdudiyyətlər olmamasına rəğmən Rusiya hakimiyyətinin müşahidəçi sayını azaltmaqla bağlı təkidi bugünkü addımı qaçılmaz edib”, – o, sözlərinə əlavə edib.

ATƏT dünyada əsas seçki müşahidəsi qurumlarından biridir, 57 üzv ölkədə seçkilərin azad və ədalətli keçməsini müəyyənləşdirmək üçün ekspertlər göndərir. ATƏT-in Parlament Assambleyası da qısamüddətli müşahidə missiyaları yollayır.

Sentyabrın 19-da rusiyalılar parlamentin aşağı palatasının və 39 region parlamentinin üzvlərini, eləcə də doqquz region qubernatorunu seçəcəklər. Bu seçkilər ərəfəsində Rusiyada müxalifətçilərə qarşı sərt repressiyalar həyata keçirir. O cümlədən Aleksey Navalnının siyasi şəbəkəsinə bağlı müxalifətçilər seçki prosesindən uzaqlaşdırılıb.

ATƏT Rusiyada seçkini müşahidə etməyə dəvət olunsa da, müşahidəçi sayı sonradan 60-a salınıb və Rusiya hakimiyyəti bunu ölkədə pandemik vəziyyətin pisləşməsi ilə izah edib. ATƏT ilin əvvəlində deyirdi ki, 80 uzunmüddətli və 420 qısamüddətli müşahidəçiyə ehtiyac var.

“Çox böyük təəssüflə qeyd edirik ki, biz Rusiyadakı qarşıdakı seçkiləri izləyə bilməyəcəyik. Təəssüf ki, Rusiya hakimiyyəti müşahidəçilərin sayının pandemiya ilə bağlı hansısa aydın məhdudiyyətlərin olmadığı bir vaxtda ciddi məhdudlaşdırılmasında israr edib. Nəticədə bizim bugünkü addımımız qaçılmaz olub”,-DTİHB direktoru Matteo Mekaççi təşkilatın saytında yerləşdirilmiş bəyanatında bildirib.

ATƏT PA-nın Prezidenti Marqareta Kederfelt  isə müşahidəçi sayına məhdudiyyət qoyulmasından məyusluğunu ifadə edib. “ATƏT-ə az sayda müşahidəçi göndərməyə icazə verilir ki, bu da sadəcə işimizi effektli və hərtərəfli görməyə imkan vermir”, – o vurğulayıb.

Rusiyada isə DTİHB tərəfindən qəbul edilmiş bu qərardan məyusluq ifadə ediblər. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, təşkilatın Rusiya seçkilərinə müşahidəçi göndərməmək qərarından dərindən təəssüflənir. “Biz səmimi şəkildə hesab edirdik ki, missiya baş tutacaq və onun iştirakçıları sentyabrda keçiriləcək seçkilərin səviyyəsini, təşkil olunma keyfiyyətini qiymətləndirəcəklər”,-Pamfilova bildirib.

MSK sədri DTİHB-in öz qərarına yenidən baxacağına ümid etdiyini deyib. Və Rusiya tərəfinin müşahidəçilərin sayını məhdudlaşdırmaq tələbinin pandemiya ilə bağlı olduğunu əsaslandırmağa çalışıb. Eyni zamanda deyib ki, DTİHB son iki ildə pandemiya şəraitində seçkiləri izləməklə bağlı təcrübə toplayıb, amma Rusiyaya daha əvvəl missiya göndərdiyi ölkələrdəki müşahidəçilərin sayından “bir az çox” müşahidəçi göndərməkdə israr edirdi.

Pamfilovanın sözlərinə görə, əgər DTİHB müşahidəçi göndərməmək qərarında qətidirsə o zaman “boşalan yeri digər beynəlxalq təşkilatlardan olan müşahidəçilərə verəcəklər”.

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı