Lukaşenko Litva hakimiyyətini "əclaflar" adlandırdı | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Lukaşenko Litva hakimiyyətini "əclaflar" adlandırdı

Dünya A- A A+

Belarus prezidenti Aleksandr Lukaşenko, miqrantları öz ərazisindən qovmaqda davam edən Litva hakimiyyətini "əclaflar" adlandıraraq, qeyri-qanuni mühacirlər ilə bağlı vəziyyətin Belarus dövlətinə Qərb üçün yeni təzyiq üsulu çevrildiyinə vurğulayıb.

EDNews.net Virtualorg.az-a istinadən bildirir ki, bu barədə "Sputnik Belarus" xəbər verir.

Lukaşenkonun sözlərinə görə, Belarusun qərb sərhədlərində, ilk növbədə Litva və hətta Polşa ilə baş verən son hadisələr ən azından narahatlıq doğurur. "Taktika – şantaj və təzyiqdir", - ölkə başçısı qeyd edib.

Lukaşenko əlavə edib ki, qonşu ölkələrin bu cür hərəkətləri münaqişə ilə nəticələnə bilər, çünki sərhədçilər qanuna görə sərhədi qorumalı və onun pozulmasına yol verməməlidir.

Litva bu yaxınlarda Belarusla sərhəddə saxlanılan qanunsuz miqrantların sayının artdığını açıqlayıb. İyulun 2 -də ölkə hakimiyyəti qanunsuz miqrant axını ilə əlaqədar ekstremal vəziyyət elan edib. Son məlumatlara görə, ilin əvvəlindən Litvada, Belarusla sərhəddə 4 mindən çox qanunsuz miqrant saxlanılıb. Öz növbəsində Belarus prezidenti Aleksandr Lukaşenko, ölkənin Avrova ölkələrinə qanunsuz miqrant axınının bir daha dayandırmayacağını bildirdi. Onun sözlərinə görə, Qərbin sanksiyaları səbəbindən Minskin buna nə pulu, nə də gücü var.

Qeyd edək ki, daha əvvəl Lukaşenko hazırda müharicətdə olan Belarus müxalifətin lideri Svetlana Tixanovskayanı da "əclaf qadın" adlandırıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...