Köhnə dostlar İran və Ermənistan yenə qol-boyun oldu

Dünya 17:52 05.08.2021

İran İslam Cümhuriyyətinin erməni sevgisi və xisləti, ermənidən daha çox erməni olmaq yönündə atdığı addımlar son günlər özünə yeni don geyməklə yanaşı, daha radikal şəkildə təzahür etməkdədir.

EDNews.net Oxu.az-a istinadən xəbər verir ki, İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühurinin Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonu ilə həmsərhəd olan Vardenis (Basarkeçər) rayonuna səfəri, görünür, başda Paşinyan olmaqla erməni rəsmilərini daha da ürəkləndirib.

Yox, erməni siyasətçilərini ürəkləndirən və ümidləndirən təkcə səfirin bu “jesti” deyil, həm də 1988-ci ildə minlərlə İran vətəndaşını, daha dəqiq desək, siyasi məhbusu sadəcə İslam Cümhuriyyəti ilə fərqli düşündüyü üçün edam etmək məqsədilə yaradılmış və bu missiyanı yerinə yetirmiş "ölüm kabineti"nin üzvü olan, dünyada “Tehran qəssabı” kimi tanınan İbrahim Rəisinin prezident seçilməsi, daha dəqiq desək, hakimiyyətə gətirilməsidir.

“Xocalı cəlladları” ilə “Tehran qəssabı”nın yalnız öldürmək, qan tökmək üzərində qurulmuş həyat fəlsəfələri də Paşinyanı ürəkləndirən, onu ilk xarici səfərini İrana edərək Rəisinin andiçmə mərasimində iştirak etməyə sövq edən amillərdəndir.

Görünür, erməni “cəlladlar” qan tökməyə hər an hazır olan “Tehran qəssabı” ilə birləşərək, ondan müəyyən imtiyazlar və hərbi yardımlar alıb Azərbaycan xalqına qarşı yeni məkrli planlar həyata keçirməyə ümidləniblər. Azərbaycan və Türkiyənin bölgədə güclənməsi də “cəlladlar” və “qəssabı” narahat edən mühüm faktorlardandır.

Məhz buna görə, bu gün Paşinyan ilə İbrahim Rəisi arasında baş tutan görüşdə iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsindən və bölgədə sülh və təhlükəsizlikdən uzun-uzadı dəm vuran Rəisi bildirib ki, rəsmi Tehran və İrəvan iki ölkə və millətin bölgədə mənafeyinin təmin edilməsi üçün “yüksək addımlar” ata bilər və atacaq. Maraqlı cəhət ondan ibarətdir ki, regionda “sülhün təmin olunmasını istədiklərini” iddia edən Rəisi bunu əsas iştirakçı dövlətlərlə deyil, Azərbaycanın ərazilərini 30 ilə yaxın işğalda saxlamış və minlərlə günahsız azərbaycanlını qətliam etmiş məğlub Ermənistanla əməkdaşlıqda görür. Əlbəttə, bu əməkdaşlıqda söhbət müxtəlif dövlətlər arasında xalqlarının inkişafı naminə həyata keçirilən müxtəlif infrastruktur və ticarət layihələrindən getmir, ötən aylarda bəyan edildiyi kimi, İranın Ermənistana hərbi və nizami yardımlarından gedir.

Ermənistan rəsmiləri isə İraq, Suriya, Livan və Yəmən kimi ölkələrə baxıb bəlkə gec olmadan dərs çıxarsalar, daha yaxşı olar. Azərbaycan və Türkiyənin bölgədə sülhə və kommunikasiyaların açılmasına çağırışlar etdiyi bir vaxtda Ermənistan hakimiyyəti, “proksi”ləri ilə yuxarıda sadalanan dövlətləri viran edən, xalqlarının səfalət və iztirab içərisində yaşamasına səbəb olan “Tehran cəlladları”nın regional ambisiyaları və avantüraları üçün deyil, öz xalqının gələcəyi və rifahı üçün çalışması daha məntiqli olardı. Çünki bir vaxtlar inqilaba böyük ümidlər bəsləyən İran xalqı da Kərbəla hadisələrinə timsah göz yaşları tökən İslam Cümhuriyyəti hökumətinin yürütdüyü siyasət nəticəsində İmam Hüseynin Kərbəlada yaşadığı müsibətlər kimi içməli su üzünə, eləcə də elektrik enerjisi və əsas qida ehtiyaclarına həsrət qalıb.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı