Türkiyə HHQ-nin beşinci nəsil döyüş təyyarəsi və “Anadolu” faktoru Gələcək nə vəd edir?

Dünya 22:48 05.08.2021
Böyük NATO ölkələri artıq beşinci nəsil döyüş təyyarələri əldə etməyə başlayıb, Fransa və Almaniya kimi dövlətlər isə önümüzdəki onilliklərdə birbaşa altıncı nəsil hava gücünə sıçrayış etmək üçün müvəqqəti olaraq 4,5-ci nəsil platformalardan istifadə edir. Bu fonda Türkiyə ciddi problem yaşayır.
 
F-35 proqramından kənarlaşdırma bu mövzuda Ankara üçün problemlər yaratdı. Bundan əlavə, yerli stels qabiliyyətə sahib “Milli Muharip Uçak” adlı döyüş təyyarəsi mühərrik problemləri yaşayır və bu, ehtimal ki, Türkiyə Hərbi Hava Qüvvələrini ən azı on il və bəlkə də daha uzun müddə ən müasir platformalardan məhrum edir. Dördüncü nəsil F-16 döyüş təyyarələri 2020-ci illərdə də Türkiyənin hava gücünün onurğa sütununu təşkil etməyə davam edəcək.

 
Türkiyənin bir müddət sonra əldə edəcəyi “TCG Anadolu” amfibiya hücum gəmisi həm də mini avidaşıyıcı hesab olunur. Ankara qısa müddətdə havaya qalxma və şaquli enmə qabiliyyətinə sahib və bu avidaşıyıcılar üçün nəzərdə tutulan F-35 proqramından uzaqlaşdırıldığına görə bu gəmilərin də bir müddət ölü olaraq qalacağı ehtimal edilir. Ümumilikdə, qeyd etmək lazımdır ki, Türkiyənin inkişaf etməkdə olan müdafiə sənayesi sektoru PUA sahəsində möcüzələr yaratdı, amma görünür, pilotlu təyyarə sahəsində ciddi problemlərlə üz-üzədir.
 
Döyüş təyyarələrinin nəsil kateqoriyası hava gücü və müdafiə strategiyası qiymətləndirmələrində əsas parametr hesab olunur. Hal-hazırda F-35 döyüş təyyarələri kimi beşinci nəsil platformalar döyüş sahələrinə yeni reallıq yaradıb. Təyyarə şəbəkə mərkəzli döyüşlərdə gücləndirilmiş məlumatların inteqrasiya olunması, stels xüsusiyyətlər və inkişaf etmiş spektral sensorlar kimi oyun dəyişdirici qabiliyyətlərə sahibdir. Ümumiyyətlə, bu yeniliklər ənənəvi kinematik hesablamalardan kənara çıxır və hətta düşmən hava sahələrində uçan real döyüş şəbəkələrində özünü göstərir. Beşinci nəsil təyyarələrdən əlavə bəzi keçid variantlar da var, bunlara hibrid 4.5-ci nəsil və ya “Eurofighter Typhoon”, F/A-18 E/F “Super Hornet” və JAS-39 “Gripen” kimi 4 ++ kateqoriyasına daxil olan təyyarələr aiddir. Bu təyyarələr mövcud radioelektron nəsil (AESA) radarları, şəbəkə mərkəzli döyüş idarəetmə sistemləri üçün uyğun inkişaf etmiş kompüterlər və digər cəhətləri ilə 4-cü nəsil təyyarələrdən, məsələn F-16-lardan fərqlənirlər.

Bu fonda Türkiyə 2020-ci illərdə ciddi hava gücü problemi ilə qarşılaşacaq. Rusiyadan S-400 strateji Hava Hücumundan Müdafiə sistemləri satın alan Ankara F-35 konsorsiumundan kənarlaşdırıldı, ardından başladılan “Milli Muharip Uçak” adlı yerli qırıcı təyyarə proqramı (və ya əvvəllər proqram TF-X adlanırdı) mühərrik kimi bir sıra çətinliklərlə qarşılaşıb, bunları nəzərdə alaraq qeyd etmək olar ki, yaxın illərdə Türkiyə heç bir beşinci nəsil platformaya sahib ola bilməyəcək.

 
Bundan əlavə, davam edən koronavirus pandemiyası səbəbindən bütün dünyada müdafiə sənayesi ciddi məhdudiyyətlə üzləşib, bu problemlər Türkiyədən də yan keçməyib. Bunu nəzərdə alaraq, Türkiyənin sürətli bir şəkildə 4.5-ci nəsil döyüş təyyarələri əldə etmək şansı da azdır. Ümumilikdə, Türkiyənin Hərbi Hava Qüvvələri doktrinalı döyüş nizamının onurğasını yaratmaq üçün dördüncü nəsil F-16-lardan (müəyyən əhəmiyyətli modernləşmə xüsusiyyətlərinə baxmayaraq) istifadə etməlidir.

Bir çox NATO ölkəsi artıq beşinci nəsil təyyarələr idarə edir. Fransa və Almaniya birbaşa “Future Combat Air System” kimi altıncı nəslə sıçramaq üçün beşinci nəsil təyyarələr almağa tələsmirlər, onlar “Eurofighter Typhoon” kimi keçid nəsil təyyarələrdən istifadə edirlər.

Türkiyə F-35 itkisini kompensasiya edə bilərmi?

Türkiyə mediasında yer alan xəbərlərə görə, Anakara F-35 proqramından kənar qalmasından qaynaqlanan əməliyyat çatışmazlıqlarını kompensasiya etmək və ya minimuma endirmək üçün eklektik yol xəritəsini sınaqdan keçirməyi planlaşdırır.

Birinci tədbir Türkiyə Hərbi Hava Qüvvələrinin onurğa sütununu təşkil edən və 2030-cu illlərdə istismardan çıxarılması nəzərdə tutulan F-16-ların hava yükü rollarını azaltmaq olacaq. Bunu etmək üçün, Türkiyə ehtiyatlı texniki xidmət planı ilə onların istismardan çıxarılması müddətini uzatmaqla, F-4 2020 qırıcı-bombardmançı təyyarələri (təxminən 30 təyyarə) almağa üstünlük verə bilər. Türk mətbuatında irəli sürülən bir başqa fikir də, “Akıncı” ağır PUA-lar və “Hürkuş-C” yüngül hücum təyyarələrinin xidmətə girməsini gözləməkdir.

 
Türkiyənin “Pantsir ovçu”su adlandırılan “Bayraktar TB2” taktiki zərbə PUA-sının istehsalçısı “Baykar” şirkəti tərəfindən hazırlanan daha yüksək əməliyyat sinifinə məxsus “Akıncı” 1350 kiloqram təsiredici döyüş yükünə sahib olacaq. Bu, platformaya müasir sensorlar ilə birlikdə yerli havadan buraxılan qanadlı raket (SOM) və ağıllı hücum sursatları (JDAM) daxil olmaqla bəzi ağır silah-sursat daşıma imkanı verəcək. 24 saat havada qala bilən “Akıncı” pilotlu təyyarənin yükünü bir qədər yüngülləşdirə bilər. “Hürkuş-C” yüngül hücum təyyarələri isə portativ (daşınabilən) hava hücumundan müdafiə sistemlərinə qarşı tədbirlərə sahibdir, 12,7 və 20 mm-lik silahlar və müxtəlif hava sursatı daşımaq üçün dizayn edilib. Bu yüngül hücum təyyarələri nisbətən daha təhlükəsiz hava sahələrində yaxın hava dəstəyi təmin edə bilər.

2020-ci ilin may ayında canlı və açıq veb seminarda Türkiyənin satınalma üzrə katibi, professor İsmayıl Demir Türkiyənin hava qüvvələrinə dair yol xəritəsi barədə danışdı. Demir bəzi tənqidi fikirləri vurğuladı. Əvvəlcə, Türkiyənin “BAE Systems” şirkəti ilə əməkdaşlıq çərçivəsində dizayn edilən yerli beşinci nəsil “Milli Muharip Uçak” (MMU) layihəsində nəticə əldə olunana qədər satışa çıxarılan 4,5 (və ya 4 ++) nəsil təyyarə alınmasını istisna etdi. Bu qeyd vacib idi, çünki o, 2019-cu ildə Rusiyadan Su-35 almasının perspektivləri barədə soruşulduğunda istisna etməmişdi. Maraqlısı budur ki, 2019-cu ildə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu Ankaranın Rusiyaya məxsus Su-34 taktiki bombardmançılarını seçə biləcəyini bildirmişdi, əlbəttə ki, bu, dilin sürüşməsi idi, o, Su-35-ləri nəzərdə tuturdu. Lakin cari ilin başlanğıcında İsmail Demir bildirdi ki, Türkiyə Rusiyadan Hərbi Hava Qüvvələri üçün Su-35 qırıcılarının alınması barədə müqavilə bağlamaq niyyətində deyil: “İndi diqqətimizi Milli Döyüş Təyyarəsi layihəsinə yönəltmişik və həyata keçirilməsini sürətləndiririk. Yerli “Hurjet”in də müəyyən inkişaf imkanları var. Əvvəllər Su-35 haqqında çox danışdıq, baxdıq bu bir təklifdir”.

Demir əvvəllər Türkiyənin beşinci nəsil MMU döyüş təyyarələrinin bir neçə fərqli blokda xidmətə girəcəyini də söyləyib. Bu, o deməkdir ki, ilk MMU variantları, ehtimal ki, beşinci nəsil standartlarından bir qədər aşağı olacaq.

Mini aviadaşıyıcı layihəsi dayandırıla bilər?

 
Əslində, Türkiyənin orijinal satın alma planı 100 ədəd F-35A təyyarəsinin alınmasını nəzərdə tuturdu. Bununla birlikdə, hələ 2018-ci ilin noyabrında Türk mətbuatı yazırdı ki, donanmanın inşa edilən “TCG Anadolu” amfibiya hücum gəmisində qısa qalxış və şaquli eniş qabiliyyəti olan F-35B təyyarələri yerləşdirilə bilər. Bu imkanla Türkiyə gəmisi mini aviadaşıyıcı funksiyasını yerinə yetirməli idi. Qeyd edək ki, 2018-ci ilin dekabr ayında Prezident Ərdoğan Türkiyənin 100 deyil, 120 ədəd F-35 almağa hazırlaşdığını bildirmişdi.

İspaniya donanmasının “Juan Carlos-1” sinfinə əsaslanan “TCG Anadolu” Türkiyə Hərbi Dəniz Qüvvələrinə misilsiz qabiliyyəti gətirəcək. Kiçik hava qanadı olan və qısa qalxış, şaquli eniş qabiliyyəti olan təyyarələri daşıma imkanları sayəsində İspaniya Donanması rəsmi olaraq “Juan Carlos-1” gəmisini humanitar vəzifələrlə yanaşı “aviadaşıyıcı əvəzedicisi” kimi istifadə edir.

F-35B təyyarələri “TCG Anadolu”da hava qanadı yaratmaq üçün yeganə alternativ hesab olunur. Belə bir qabiliyyət olmadığı təqdirdə, Türkiyə yalnız amfibiya hücum gəmisinə sahib olacaq, mini aviadaşıyıcıya deyil. Avstraliyalılar “Juan Carlos-1”ə əsaslanan “Canberra” sinifinə məxsus gəmilərini eyni şəkildə yalnız amfibiya gəmisi kimi idarə edirlər. Yaponiya Özünümüdafiə Qüvvələri F-35B-lərini “İzumo” sinfinə məxsus helikopter daşıyıcılarına yerləşdirməyi üstün tutub.

Bu səbəbdən nəzəri olaraq Türkiyənin “TCG Anadolu” gəmisi üçün hər iki yol da mümkündür. Yenə də Türkiyə ordusunun getdikcə artan ekspedisiya hədəflərini nəzərə alsaq, mini aviadaşıyıcı gələcək illərdə qabiliyyətlər baxımından əhəmiyyətli fərqlilik göstərəcək. Məsələn, Türkiyə xaricdəki dərin zərbə qabiliyyətini dəyişdirən belə gəmiyə sahib olsaydı, Liviya kampaniyasının trayektoriyası kəskin şəkildə fərqli istiqamətə gedə bilərdi.

Türkiyə müdafiə planlaşdırıcıları tərəfindən irəli sürülən digər bir fikir uğurlu “dronlaşdırma” tendensiyasını dəniz aviasiyasına çevirmək və növbəti Türkiyə flaqmanının gələcək hava qanadını yeni PUA-larla təchiz etməkdir. Buna baxmayaraq, mövcud PUA-lardan heç biri F-35B-ni əvəz edə bilməz.

Gələcək nə vəd edir?

 
Türkiyənin ilkin planı F-35-lərin istismarına başlamaq və bu vaxt öz milli döyüş təyyarələrini inkişaf etdirmək idi. Birincisi uğursuz olsa da, ikincisi hazırda problemli müdafiə iqtisadiyyatını və belə bir inkişaf etmiş platforma üçün mühərrik inkişaf etdirməklə əlaqəli müəyyən texnoloji problemi aradan qaldırmalıdır.

Ümumilikdə, Türkiyə Hava Qüvvələri artıq 2030-cu illərin əvvəllərində belə beşinci nəsil təyyarəyə sahib ola bilməyə bilər. Türkiyənin müdafiə texnologiyası və sənaye bazası PUA platformalarında möcüzələr göstərsə də, idarəolunan təyyarə seqmenti ciddi problemlərlə üzləşib.

2020-ci illər və hətta 2030-cu illər Türk HHQ üçün çətin illər ola bilər. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin ən müasir qırıcıları modernləşdirilmiş F-16-lar hesab olunur. 2019-cu ildə Türkiyənin ASELSAN şirkəti bu təyyarələri müasir AESA radarları ilə la təchiz etmək üçün iddialı modernizasiya layihəsinə başladı. Amma hələ də Türkiyənin hazırkı hava gücü dördüncü nəsil təyyarələrdən ibarətdir və vəziyyətin tezliklə dəyişəcəyi ehtimalı yoxdur.

Ən nikbin ssenarilərdə belə Türkiyənin yerli beşinci nəsil döyüş təyyarəsinin ən azı 2030-cu ilə qədər istismara verilə bilməyəcəyini nəzərdə tutur. Bundan əlavə, Türkiyə 4.5-ci nəsil təyyarələri satın almağı planlaşdırsa da, bu, F-35-in misilsiz üstünlüyünü əvəz edə bilməyəcək. Türkiyənin müdafiə ekosistemi çox milyard dollarlıq layihə, geniş birgə istehsal üstünlükləri və texnoloji nou-haudan uzaqlaşdırılmaqdan əziyyət çəkməyə davam edəcək. Qəribədir ki, Türkiyə heç bir texnologiya ötürülməsi və ya ortaq istehsal seçimləri olmadan Rusiyadan S-400 sistemləri almaqla ciddi risk altına girdi.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Hamısı