Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri 16 sentyabrdakı Düşənbə görüşündə kollektiv qüvələrin müasir silah və texnika ilə təchizatı planını təsdiqləyəcəklər.
EDNews.net xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib. O, yeni planın yalnız operativ reaksiya qüvvələrinə aid olacağını bildirib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.