Pakistanın Pəncşirdə gedən döyüşlərdə Talibana dəstək iddiaları əsassızdır.
EDNews.net xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hindistan mediasının bəzi yalan xəbərləri ifşa edildi. Bu iddialar Pakistanı pisləmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün cəhddir", - açıqlamada bildirilib.
Qeyd edək ki, Hindistanın “Deyli Pioner” nəşri Pakistan Hərbi Hava Qüvvələri və quru qoşunları bölmələrinin Talibana Pəncşiri ələ keçirməkdə kömək etməsilə bağlı məlumat yaymışdı.