Hindistan və İsrail birlikdə “Barak 8” Hava Hücumundan Müdafiə (HHM) sistemi hazırlayıb.
EDNews.net xəbər verir ki, bu barədə “Hindustan times” nəşri yazıb.
İnkişaf etmiş radar, komanda-idarəetmə sistemləri və mobil qurğuları özündə cəmləşdirən “Barak 8” yüksək manevr qabiliyyəti üçün yerli olaraq hazırlanmış raket mühərriki və idarəetmə sistemi ilə təchiz edilib.
Hindistan Hərbi Hava Qüvvələri 70 km məsafədə düşmənin qırıcı təyyarələri, raketləri, helikopterləri və PUA-ları kimi hava təhdidlərini aradan qaldıra bilən orta mənzilli HHM sistemini işə salıb. Ölkənin Müdafiə naziri Rajnat Sinq bu qabiliyyəti HHM sistemində “oyun dəyişdirici” olaraq xarakterizə edib.
Sistem İsrail Aerokosmik Sənayesi və Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) tərəfindən birgə hazırlanıb. Layihədə iştirak edən digər firmalar arasında İsrailin “Rafael” şirkəti, Hindistanın “Bharat Electronics Limited”, “Bharat Dynamics Limited” və “Larsen & Toubro” şirkətləri var.