“Taliban” hərəkatı yaxın vaxtlarda Rusiya və Çin nümayəndə heyətlərini Əfqanıstana dəvət edəcək.
EDNews.net xəbər verir ki, bu barədə hərəkatın Qətərdə yerləşən siyasi ofisinin rəhbəri Məhəmməd Süheyl Şahin bildirib.
“Hökumət yeni formalaşdığı üçün dəvətlər hələ göndərilməyib. “Taliban” hərəkatı qısa zamanda Rusiya və Çin nümayəndə heyətlərinin ölkəyə səfər etməsini planlaşdırır”, - deyə qruplaşma nümayəndəsi söyləyib.
Şahin yeni hökumətin iqtisadi sferada inkişafı hədəflədiyini əlavə edib.