ABŞ Şimal axını-2 qaz kəmərinə Rusiyanın geosiyasi layihəsi kimi istifadə olunmasına müqavimət göstərməyə davam edəcək.
EDNews.net Axar.az -a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Calina Porter deyib. O, ABŞ-ın hələ də Şimal axını-2-ni pis müqavilə hesab etdiyini bildirib:
“Biz bunu əvvəl də deyirdik və təkrarlamağa davam edirik. Biz hesab edirik ki, bu, pis müqavilədir və bu kəmərə müqavimət göstərməyə davam edəcəyik”.