"Əfqanıstan İslam Əmirliyi Azərbaycan, Türkiyə və regionun digər ölkələri ilə münasibətlər qurmaqda maraqlıdır".
EDNews.net Milli.Az-a istinadən bildirir ki, bunu Kabildəki "Şəmşad TV"nin "Roon Sahar" proqramında "Taliban" yetkilisi Qare Sərdar Əhməd Şakib deyib.
"Bakının da Kabildəki yeni İslam hökumətini rəsmən tanıyacağına ümid edirik. Əfqanıstan Azərbaycan üçün yaxşı tərəfdaş ola bilər".