Rusiya və Mərkəzi Asiyanı Əfqanıstandakı situasiya fonunda yeni miqrasiya dalğası gözləyir.
EDNews net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Onminlərlə insan dinc həyat üçün vətənlərini tərk etmək məcburiyyətində qalıblar. Əfqanıstan vətəndaşları indiyə qədər Avropada xilas axtaran böyük qaçqın qruplarından birini təşkil edir. Yeni miqrasiya dalğası Rusiya və Mərkəzi Asiyaya da təhdid yaradır”, – deyə o bildirib.