NATO 2008-ci ildə Gürcüstan və Ukraynanın üzvlüyü haqqında sözləri ortaya atmamalı idi.
EDNews.net xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, NATO-da indi bunun perspektivi olmayan məsələ olduğunu başa düşdüklərini bildirib.
Lavrov 2008-ci ildə Buxarest sammitində qəbul edilənlərin Saakaşvilidə NATO yardımı ilə bağlı illuziyalar yaratdığını söyləyib:
“Bizim NATO-dan olan həmkarlarımız anlamalıdırlar ki, söz quş deyil. Ukrayna və Gürcüstanın NATO-da olacağını əvvəl ən yüksək səviyyədə deyirdilərsə, indi bunun perspektivsiz olduğunu anlayırlar”.