Ermənistan müdafiə naziri Arşak Karapetyan Rusiyaya səfər edəcək.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, nazir Nijni Novqorod şəhərinin “Mulino” poliqonunda keçirilən və “Qərb-2021” adını alan hərbi təlimləri müşahidə edəcək.
Sentyabrın 15-16-sı tarixlərində isə nazirin başçılıq etdiyi nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Şurasının Düşənbə şəhərində keçiriləcək iclasına qatılacaq.