Taliban qüvvələri Məzari-Şərif şəhərində uşaq oğrularına qarşı əməliyyat keçirib.
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tolo Nyus” kanalı məlumat verib.
Əməliyyat nəticəsində 2 uşaq oğrusu öldürülüb, 5-i isə yaralanıb. Taliban qüvvələrindən isə 1 yaralı var.
“Baxtar Nyus” agentliyi isə cinayətkarlardan 5-nin öldüyünü iddia edib. Bundan başqa, taliblərin 4 uşağı azad etdikləri bildirilib.