EDNews.net-in Eastnews.org-a istinadən verdiyi xəbərə görə, 11 sentyabr gecəsi Ərbil aeroportuna edilən hücumla bağlı daha ətraflı məlumat verilib.
Bu barədə yerli mənbələr İraqın şimalındakı Ərbildəki ABŞ bazasına PUA hücumundan toxunaraq, bu hücumun hədəfinin MOSSAD casus mərkəzi olduğunu söyləyib.
Mənbələr aşağıdakı açıqlamaları veriblər:
"İraqın Kürdüstan bölgəsindəki Ərbil aeroportunun şimalındakı hədəf seçilən yer MOSSAD-a bağlı bir qərargah idi. Hədəf seçilən bu qərargah Katyuşa PUA-ları və raketləri ilə vurulan MOSSAD casusluq bazasıdır".