ABŞ Çinə qarşı koalisiya YARADIR - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

ABŞ Çinə qarşı koalisiya YARADIR

Dünya A- A A+

ABŞ-la Çin arasında geosiyasi mübarizə yeni mərhələyə qədəm qoyur.

EDNews.net Modern.az-a istinadən xəbər verir ki, sentybarın 24-də QUAD (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) təşkilatının görüşü baş tutacaq.

ABŞ-da keçiriləcək görüşdə təşkilata üzv 4 ölkənin liderləri – ABŞ prezidenti Co Bayden, Hindistan baş naziri Narendru Modi, Avstraliya baş naziri Skot Morrison və Yaponiya baş naziri Yoşihide Suqa iştirak edəcək.

QUAD Hindistan-Sakit Okean regionunda sabitliyin təminatı məqsədi ilə yaradıldığını eal netsə də, ekspert dairələri birliyin Çinin artan ambisiyalarını önləmək üçün yaradıldığını düşünür. Çinin Tayvan adasını hərbi yolla olsa belə özünə tabe etmək planı QUAD-ın yaradıılmasında əsas katalizator rolunu oynayıb. Co Bayden administrasiyası eyni zamanda, Çininin hərbi çevriliş baş verən Myanmada öz təsirini artırmasını, Şimali Koreyaya ballistik raket texnologiyaları ötürməsi, Mərkəzi Asiyada iqtisadi rıçaqları ələ almasından narahatdır.

Çinin ambisiyalarından narahat olan Avstraliya, Hindistan və Yaponiya da Vaşinqtonun Çinə qarşı tutduğu kursu dəstək verir. Hindistanla Yaponiyanın Çinlə ərazi mübahisələrinin olması da QUAD-ın yaradılmasını aktual edən səbəblər sırasındadır.

Maraqlıdır ki, Hindistan baş naziri Modi QUAD-a alternativ kimi yaradılan və Çinin də üzv olduğu Şanxay Əəmkdaşlıq Təşkilatının iclasına qatılmaqdan imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...