“İran bir aydan sonra atom bombasını yarada bilər” - “The New York Times” - ednews.net

1 Dekabr, Çərşənbə

“İran bir aydan sonra atom bombasını yarada bilər” - “The New York Times”

Dünya A- A A+
Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq.
 
Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var. 
 
EDNews.net Oxu.az-a istinadən xəbər verir ki, bu qənaətə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) son hesabatlarına əsaslanaraq, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu gəlib.
 
Hesabatın müəllifi Devid Olbraytdır.
 
Rəsmi Tehran isə öz növbəsində nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.
 
ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasının üzvləri hələ sözügedən hesabata münasibət bildirməyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...